Search
1435036417_0001

Bank 1000-2330 manata işçi axtarır

“Xalq Bank”  maliyyə idarəsinin maliyyə təhlili və nəzarəti şöbəsinin kiçik mütəxəssisi( baş mütəxəssisi) işçi qəbulu elan edib. Maliyyə sahəsi üzrə ali magistr təhsili alan, bank sahəsində təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi aprel ayının 10-dur.

Namizədə dair tələblər :

– Ali magistr təhsili (Maliyyə və İqtisad arzuolunandır);

 Mühasibat uçotu, Mərkəzi Bankın hesabatlılığı sahəsində təcrübə və biliklər (Bank təcrübəsi olanlara üstünlük veriləcəkdir);

 Bank qanunvericiliyi, Vergi qanunvericiliyi və Mülki qanunvericilik haqqında biliklər;

 BMHS sahəsində biliklər (ACCA, CFA, CPA sertifikatları olanlara üstünlük veriləcək);

 Yüksək dərəcədə analitik düşüncə, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

– Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);

– İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;

 Komandada işləmək bacarığı;

– Təcrübəli MS Office istifadəçisi olan (Xüsusi ilə Excell – i mükəmməl şəkildə bilən)

 Xarici dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir.

Vəzifə öhdəlikləri:

 Bankın fəaliyyətinin maliyyə təhlilinin aparılması;

 Mərkəzi Banka və digər dövlət qurumlarına hesabatların verilməsi;

 Bankdaxili hesablar üzrə əməliyyatlara nəzarətin həyata keçirilməsi;

 Bankın balans göstəriciləri əsasında Bankın fəaliyyətinin əsas göstəricilərinin – gəlir və xərclərinin, mənfəətinin, aktiv və passiv əməliyyatlarının nisbətinin qanunvericiliklə müəyyən edilmiş normativlərə uyğun olması səviyyəsini təhlil edir.

Tələblərə uyğun namizədlər CV-lərini cv@xalqbank.az ünvanına göndərə bilərlər. (Məktubun subject qrafasında mövzu qeyd edilməlidir)

İş qrafiki: 09:00 – 18:00/Bazar ertəsi – Cümə

Əmək haqqı: (1000 AZN-dən 2330 AZN-dək)

Əlaqə vasitələri:

E – mail: cv@xalqbank.az 
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir