Search
bankomat

Bakıdakı bankomatlar pul xırdalamağa başlayıb – MİLLİKART

Azərbaycanda bankomatlardan pul çıxaranlar həmin məbləği istənilən əskinaslarla əldə edə bilərlər.  Kreditxəbər Fins.az istinadən  məlumat verir ki, bu “MilliKart” prosessinq mərkəzinin “Cash algorithm” xidməti vasitəsilə mümkün olub.

Bu xidmət sayəsində müştəri öz istəyindən asılı olaraq bankomatdan pulu iri və yaxud kiçik əskinaslarla çıxara bilərlər. Yəni, müştərinin seçimindən asılı olaraq pul tamamilə 50 və 100 manatlıq əskinaslardan ibarət verilə bilər, pulu 1,5,10,20 manatlıqlar vasitəsilə də götürmək olar.

“Cash algorithm” xidməti “Millikart”ın tərəfdaşı olan 18 bankın təxminən 700 bankomatında göstərilir. Həmin banklar aşağıdakılardır:

-Azərbaycan Sənaye Bankı
– Azər-Türk Bank
– Bank of Baku
– Əmrahbank
– Bank Respublika
– Atabank
– Bank Standard
– Bank Technique
– Dəmirbank
– Expressbank
– Kredobank
– Naxçıvanbank
– Parabank
– Rabitəbank
– Turanbank
– Unibank
– Xalqbank
– Zaminbank




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir