Search
597823_481474

Bakıda xırda əskinaslar niyə yoxa çıxıb?

Avqustun 1-dən etibarən sosial şəbəkədə ticarət obyektlərində xırda pul əskinasları ilə bağlı qıtlığın olması barədə məlumatlar yayılır. Alıcı və satıcılar manatlıq əskinas tapmaqda çətinlik çəkdiklərini qeyd edirlər. İqtisadçılar isə dövriyyədə 1 və 5 manatlıq əskinasların azlığını təsdiqləyirlər. Onlar bunu son vaxtlar nağdsız ödənişin artmasını göstərirlər.
Bakıda xırda əskinaslar niyə yoxa çıxıb?
İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, xırda pul problemi, yəni çatışmazlığı əsasən texniki və yaxud qiymət artımı adətən inflyasiya səbəbindən yaranır. “Birincini ölkənin Mərkəzi Bankı yoluna qoya bilər. İkincidə isə makroiqtisadi tənzimləmə tələb olunur”.
Ekspert xatırladır ki, hələ bir neçə il öncə də ölkədə xırda pul problemi yaranmışdı. Belə ki, əməkhaqları və bir sıra ödənişlər əsas etibarı ilə 50-lilik və 100-lük əskinaslarla verilirdi. Ona görə də, xırda əskinaslar dövriyyədə azalmışdı. Bu məqamda AMB iri nominallı əskinaslara xüsusi rüsum tətbiq etməyə məcbur oldu. Belə ki, banklar tərəfindən, məsələn, 100-lük əskinasların əldə edilməsinə 30 qəpik tətbiq olunmağa başlandı və qısa müddət ərzində dövriyyədə xırda əskinasların həcmi normallaşdı.
Bakıda xırda əskinaslar niyə yoxa çıxıb?!
Pərviz Heydərov hesab edir ki, dövriyyədə yenə xırda əskinasların çatışmazlığı problemi yoxdur. Sadəcə olaraq, inflyasiya hazırda yüksək səviyyədə olduğundan istehlak qiymətlərində artım var: “Bu proses davam etməkdədir. Sözügedən tendensiya isə mağaza və supermarketlərdə tədricən daha çox iri nominallı əskinaslara ehtiyac yaradır… Ancaq bu, hələ kritik səviyyədən çox uzaqdır. 1-2 mağaza və supermarketdə 5-lik və 10-luq əskinasların çatışmazlığı ümumən dövriyyədə xırda pulların məhdudlaşdığı anlamına gəlmir.”
1xeber.com



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir