Search
14620251085884946465_1000x669

Bakıda Nəqliyyatın Mübadilə Mərkəzi fəaliyyətə başlayıb

Bakıda “Koroğlu” metro stansiyasının yaxınlığında Nəqliyyatın Mübadilə Mərkəzi fəaliyyətə başlayıb.

Mərkəzin açılışında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova gələcəkdə belə mərkəzlərin “Koroğlu” metro stansiyasının digər çıxışında, “Qara Qarayev” metro stansiyasının, “28 May” metro stansiyasının çıxışında, Bakı Beynəlxalq Avtovağzal Kompleksində də yaradılması nəzərdə tutulur.

14620251081498738312_1000x669

Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi yarandığı gündən Bakının nəqliyyat sistemində, təhlükəsiz sərnişindaşıma sahəsində, ümumilikdə nəqliyyat şəbəkəsində təkmilləşdirmə və optimallaşdırma işləri həyata keçirilir. Bu həm sərnişinlər arasında qanunvericilikdən irəli gələn maddələrin maarifləndirmə yolu ilə çatdırılması, həm də məsələlərin öhdəlik kimi qarşıya şərt qoyulmasından ibarətdir. Nəqliyyatın Mübadilə Mərkəzi isə sərnişinlərin və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkəti üçün yaradılıb.

14620251082909524991_1000x669

N.Allahyarova bildirib ki, bəzi ərazilərdə nəqliyyatın sıx hərəkəti müşahidə olunur və bu təhlükəsizlik baxımından ciddi problemlər yaradırdı. “Koroğlu” metro stansiyası ətrafında nəqliyyatın və sərnişinlərin xaotik hərəkətini aradan qaldırmaq və eyni dayanacaqda taksilərin, avtomobillərin, avtobusların dayanmasının qarşısını almaq məqsədilə Nəqliyyatın Mübadilə Mərkəzi yaradılıb. Artıq “Koroğlu” metro stansiyasının önündə sıxlıq aradan qalxıb və avtobuslar mərkəzə toplanıb. Avtobuslar və sərnişinlər üçün dünəndən məlumatlandırıcı lövhələr yerləşdirilib və sərnişinlər getmək istədikləri məkanı, marşrut xətlərini həmin lövhələrdə görə bilərlər”, – deyə N.Allahyarova vurğulayıb.

Mənbə: AzərTac




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir