Search
photo_62627

Bakıda hansı sosial şəbəkə populyardır?

ACT Azərbaycan 17-21 iyul tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.

İnternetdən istifadə edənlər və məqsədləri

Rəyi soruşulan respondentlərin 54.4%-i gün ərzində internetdən istifadə etdiyini bildirib. Ən fəal istifadəçilər (77.6%) gənclərdir (18-34 yaş aralığı). 55 və daha çox yaşı olan respondentlərin isə əksəriyyəti ümumiyyətlə internetdən istifadə etmir (73.6%).

Sorğuda iştirak etmiş respondentlərin 77.3% -i internetdən xəbər oxumaq və yeni məlumatlar əldə etmək üçün istifadə edir. Dost-tanışı ilə ünsiyyət quranlar 52.6 % təşkil edir. İnternetdə musiqi dinləyib film izləyənlər isə 48.3 % -dir.

Sosial şəbəkə istifadəçiləri

Sosial şəbəkə istifadəçiləri arasında Facebook favoritdir. 28.7 % respindent məhz bu sosial mediadan istifadə edir. İsitifadəçilər arasında lider 55 və daha çox yaşı olan respondentlərdir (41.6%). İnstagram isə ikinci pillədə qərarlaşıb (9.4%). 13.2 % gənc bu sosial şəbəkədən yararlanır. Odnoklassnik-də “sinif yoldaşlarını axtaranlar” 2 %, Vkontakte-də ünsiyyət quranlar isə 1.5 % təşkil edir. Rəyi soruşulan respondentlərin cəmi 0.8%-i Twitter istifadəçisidir.

Youtube videolarından yararlanan respondentlər sorğuda 2.2% nəticə verib. Orta nəslin nümayəndələri (35-54 yaş aralığı) portaldan daha çox istifadə edirlər (6.5%).

Whatsapp istifadəçiləri sorğuda daha yüksək nəticələr göstəriblər. Rəyi soruşulan respondentlərin 54.4%-i whatsapp tətbiqindən istifadə etdiklərini bildiriblər. Orta nəslin nümayəndələri (35-54 yaş aralığı) whatsapp-dan daha çox istifadə edirlər (56%).

Rəyi soruşulan qadın respondentlər əsasən Whatsapp (71.4 %), Facebook (52.3%), Instagram (40.2%) proqram və sosial şəbəkələrindən istifadə edirlər.

Kişilər isə Facebook (68.6%), Whatsapp (54.3%), Instagram (44.3%) istifadə etməyə üstünlük verirlər. Rəyi soruşulan respondentlərin 84 %-in evdə internetə çıxışı var. 64.7% respondent isə internetə girmək üçün mobil operatorların təklif etdikləri internet paketlərindən istifadə edirlər.

Qeyd edək ki, sorğu 17-21 iyul tarixləri arasında Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib.

EurasiaDiary




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir