Search
photo_64798

Bakı “həyat səviyyəsi yaxşılaşan” 10 şəhər sırasındadır – “The Economist”

Melbourne (Avstraliya),
Vyana (Avstriya),
Vancouver (Kanada),
Toronto (Kanada),
Calgary (Kanada),
Adelaide (Avstraliya),
Perth (Avstraliya),
Auckland (Yeni Zelandiya),
Helsinki (Finlandiya) və
Hamburq (Almaniya).
Dünyanın “ən az yaşamalı” şəhərləri isə Kiyev, Duala (Kamerun), Harare (Zimbabve), Kəraçi (Pakistan), Əlcəzair, Dəkkə (Banqladeş), Tripoli (Liviya) və Dəməşqdir (Suriya).
Lakin builki hesabatda Azərbaycanın adı xüsusilə çəkilir. Onun paytaxtı Bakı yaxşılığa doğru dəyişən “yaşamalı şəhərlər” sırasındadır. Son beş ildə Bakının reytinqi 1,6 faiz yaxşılaşıb. Bakının ümumi yeri isə 140 şəhərin arasında 103-cüdür.
Yaşama şəraiti yaxşılaşan şəhərlərin sırasında Bakıdan başqa Dubay (74), Küveyt (81), Bratislava (63) və Varşava (65) da var.
Bununla belə, ümumi reytinqdə yalnız 126-cı yeri tutan Tehran bu kateqoriyada ən heyrətamiz nəticəni göstərib. Bu şəhərdə yaşama şəraiti son beş ildə 5 faiz yaxşılaşıb.
Maraqlıdır ki, ən az yaşamalıı şəhərlər sırasında olan Harare də son beş ildə 4, 4 faiz yaxşılaşma nümayiş etidirib.
Dünyanın “ən yaşamalı” 10 şəhəri reytinqində ilk yeri Avstraliyanın Melbourne şəhəri tutur.
Hesabatda deyilir ki, şəhərlərin göstəricilərindəki dəyişmələr terror, münaqişə və siyasi sabitsizliyin rolunu nümayiş etdirir.
Məsələn son beş ildə həyat səviyyəsi Dəməşq (140) və Kiyevdə (131) 25-26 faiz pisləşib.
Moskva (80) və Sankt Peterburq (76) şəhərləri də pisləşməyə doğru dəyişib.
Eurasia Diary



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir