Search
342463_484669

Bağlanan bankın kreditorlarına iki ay vaxt verildi

Əmanətlərin Sığortalanması Fondu (ADİF) qarşıdakı 2 ay ərzində “Kredobank”a qarşı tələbləri yazılı şəkildə qeydə alacaq.
Vergilər Nazirliyindən verilən məlumata görə, bunun üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidir.
– Kreditorun adı, ünvanı;
– Tələbin əsas məğləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
– Tələbin təminatı olan girov (ipoteka) və ya zəmanət barədə məlumat.
“Kreditorlardan xahiş olunur ki, bu elanın dərcindən sonra 2 ay ərzində bankın ləğvedicisi kimi ADİF-ə müraciət etsinlər”.
Xatırladaq ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi bu il avqustun 29-da verdiyi qərarla həmin bankların fəaliyyəti dayandırılıb. Onların ləğvedicisi isə ADİF-dir.
FaktXəbər



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir