Search
Azerqarant logo kicik

“Azərqarant” sığorta şirkətinin ödənişi 2 dəfə azalıb

“Azərqarant” sığorta şirkəti bu ilin yanvar-aprel aylarında baş vermiş 6 sığorta hadisəsi üzrə müştərilərinə 47 min manatdan artıq ödəniş edib. Bu barədə fins.az-a şirkətdən bildirilib.

Məlumata görə ilin ilk 4 ayında “Azərqarant” sığorta şirkətinin yığdığı sığorta haqqlarının həcmi 309,6 min manat təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən sığorta haqlarının yığımı təqribən 3 % azalıb. Bu dövrdə şirkətin ödənişləri də aşağı düşüb.

Yanvar-aprel aylarında şirkət üzrə sığorta ödənişlərinin həcmi 47 420 manat olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə azdır.
Bu il “Azərqarant” topladığı hər 100 manat sığrta haqqı müqabilində müştərilərinə 15,3 manat ödəyib, ötən ilin eyni dövründə isə bu rəqəm 31,1 manat idi. fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir