Search
stock_birja_150113

Azərbaycanın lizinq şirkəti istiqrazlarının yerləşdirilməsinə başlayır

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Finans Lizinq” ASC-nin ümumi dəyəri 400 min manat olan faizli, təmin edilməmiş, adlı, sənədsiz istiqrazlarının emissiya prospektini qeydiyyata alıb. Bu barədə Trend Bakı Fond Birjasına (BFB) istinadən məlumat verir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə həyata keçiriləcək.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 500 manat olan 800 istiqraz buraxılıb. İstiqrazların ödənilmə müddəti 13 faiz illik gəlirliliklə 720 gün, faizlərin ödənilmə müddəti isə 90 gündür.

Qeyd edək ki, “Finans Lizinq” ASC dövlət qeydiyyatından 2007-ci il aprelin 2-də keçib. Hazırda ASC-nin səhmdarları qismində 16 şəxs çıxış edir. Səhmlərin əsas payı Azad Cavadova və Tokay Şahəlizadəyə (hər biri 15,83 faiz), Mobil Şərifova (15,17 faiz) və İbrahim İbrahimova (10 faiz) məxsusdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir