Search
Ziraat bankasi

Azərbaycanda yeni bir bank təsis edilir

Türkiyənin Ziraat Bankı törəmə bankın təsis edilməsi ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edib. AMB-nin məlumatına görə, T.C. Ziraat Bankası Azərbaycan Respublikasında törəmə bankın təsis edilməsi ilə bağlı Mərkəzi Bankına müraciət eddib. T.C. Ziraat Bankası Türkiyənin ən iri bankı olmaqla 1863-cü ildən fəaliyyət göstərir, aktivlərinin həcmi 108 mlrd. dollar təşkil edir.

T.C. Ziraat Bankası Azərbaycan bank sistemində 1995-ci ildən təmsil olunan ilk xarici kapitallı bank olmaqla hər iki ölkənin bank sektorları arasında əlaqələrin qurulmasında mühüm rol oynayıb. “Bankın Azərbaycanda təmsilçilik statusunun dəyişməsi onun fəaliyyətinin daha da aktivləşməsi və genişlənməsinə imkan verəcək. Eyni zamanda bu, bank sektorunda rəqabətin güclənməsinə, biznes və əhalinin bank xidmətlərinə çıxışının artmasına, bütövlükdə ölkələrimiz arasında iqtisadi əlaqələrin zəruri bank xidmətləri ilə daha geniş şəkildə əhatə olunmasına imkan verəcək”-deyə AMB-nin məlumatında bildirilir.

Hazırda T.C. Ziraat Bankasının müraciəti Azərbaycan Respublikası Mərkəzi Bankında baxılmaqdadır və cari ilin sonunadək törəmə bankın lisenziyalaşdırılması proseslərinin yekunlaşdırılması nəzərdə tutulur.
“Azərbaycan bank bazarının əsas iştirakçılarından biri Türkiyə bank sistemidir. Türkiyə ilə Azərbaycan arasında ticarət-iqtisadi əlaqələrin sürətlə inkişafı, həcmi milyard dollarlarla ölçülən beynəlxalq əhəmiyyətli layihələrin birgə icrası iki ölkənin bank sistemləri arasında əlaqələrin də daim genişlənməsini zəruri edir”-deyə AMB-dan bildiriblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir