Search
milli_valyuta1

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi dəyişməz qalıb.

Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7843 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi:
14 aprel 0,7844 21 aprel 0,7843
15 aprel 0,7843 22 aprel 0,7843
16 aprel 0,7843 23 aprel 0,7843
17 aprel 0,7843 24 aprel 0,7843
18 aprel 0,7843 25 aprel 0,7843
Həftə ərzində orta 0,78432 Həftə ərzində orta 0,7843


Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməyib. Bununla da orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7830 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr aprelin 21-də 1,07 milyon dollar, aprelin 22-də 3,196 milyon dollar, aprelin 23-də 3,674 milyon dollar, aprelin 24-də 2,115 milyon dollar və aprelin 25-də 3,813 milyon dollar həcmində həyata keçirilib.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi:
14 aprel 0,7830 21 aprel 0,7830
15 aprel 0,7830 22 aprel 0,7830
16 aprel 0,7830 23 aprel 0,7830
17 aprel 0,7830 24 aprel 0,7830
18 aprel 0,7830 25 aprel 0,7830
Həftə ərzində orta 0,7830 Həftə ərzində orta 0,7830


USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir