Search
49211

Azərbaycan İpoteka Fondunun təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi keçirilmişdir

Aprelin 28-də Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 40 milyon manat, faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 5 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
İstiqrazlar cari qiymətlə satışa çıxarılmışdır.
Hərracda 4 investor iştirak etmişdir. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi dəfələrlə üstələyərək 51 milyon 174 min manat təşkil etmişdir.
Nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilmişdir.

 Bakı, 28 aprel (AzərTAc).




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir