Search
Dunya banki-big

Azərbaycan Dünya Bankı ilə irriqasiya sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Dünya Bankının (DB) Azərbaycan üzrə meneceri xanım Larisa Leşenko və bankın Avropa və Mərkəzi Asiya regonunun Davamlı İnkişafı Departamentinin Kənd təsərrüfatı və kənd ərazilərinin inkişafı bölməsinin sektor rəhbəri xanım Dina Umali-Deyninqerlə görüşüb.

Görüşün məqsədi irriqasiya sahəsində əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi olub.

H.Əsədov kənd təsərrüfatı sahəsinin inkişafında suvarma-drenaj sistemlərinin yenidən qurulmasının vacibliyini qeyd edib, bu sahədə Dünya Bankı ilə əməkdaşlığa önəm verdiyini deyib və DB-nin göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Eyni zamanda, su ehtiyatlarının vəziyyəti, kollektor-drenaj sisteminin qurulmasında ilk növbədə ölkə üzrə tam qiymətləndirmənin aparılması nəzərə çatdırılıb.

Dünya Bankının Azərbaycan üzrə meneceri xanım L.Leşenko Azərbaycanın kənd təsərrüfatı sahəsində böyük potensiala malik ölkə olduğunu və bu sahənin inkişafı üçün suvarma-drenaj sisteminin qurulmasının vacibliyini qeyd edib, DB ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində öz səylərini əsirgəməyəcəyini bildirib.

Bankın sektor rəhbəri xanım D.Umali-Deyninqer ehtiyacların müəyyən olunmasında, aqrar sahənin inkişaf strategiyasının hazırlanmasında, ölkə üzrə irriqasiya sahəsində tam qiymətləndirmənin aparılmasında və texniki yardım göstərilməsində hazır olduqlarını qeyd edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir