Search
bb424cc9c1f3cc6fcfc30755a4759c6a_XL

Azərbaycan Beynəlxalq Bankından kreditlərin onlayn ödənişi

Azərbaycan Beynəlxalq Bankı “AzeriCard” prosesinq mərkəzi ilə birgə əməkdaşlığı nəticəsində Bankın veb-saytında onlayn kredit ödəmələrin həyata keçirilməsi imkanı yaradılmışdır. Bu barədə “AzeriCard”ın yaydığı məlumatda deyilir.

“Artıq Bankın müştəriləri plastik kart vasitəsi ilə heç bir yerə getmədən, sadəcə www.ibar.az və ya www.azericard.com veb-saytına daxil olaraq real vaxt rejimində öz kredit borclarını ödəyə bilərlər. Həmçinin, həmin xidmət vasitəsi ilə müştərilər hesaba mədaxil əməliyyatı da apara bilərlər. Bu əməliyyatların aparılmasına görə müştərilərdən heç bir komissiya tutulmur. Bundan başqa, rahatlıq üçün müştərilərə, onların arzu etdikləri halda həyata keçirdikləri əməliyyatın təfərrüatları haqqında məlumat onların elektron ünvanına da göndərilə bilər”,- məlumatda qeyd olunur.

marja.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir