Search
bb

Azərbaycan Beynəlxalq Bankı Dünya İqtisadi Forumunun Maliyyə Xidmətləri üzrə Sənaye Tərəfdaşlığına qatılmışdır.

“Biz Dünya İqtisadi Forumunun fəaliyyətinə və dünya bank cəmiyyətinin yüksək təbəqələrini birləşdirən Maliyyə Xidmətləri üzrə Sənaye Tərəfdaşları üzvləri sırasına böyük qürur hissi ilə qatılırıq. MDB ölkələri və Xəzər regionunun biznes dairələri Forumdan güclü dəstək alır. Bu bizə sosial firavanlıq və stabillik ilə birlikdə sistemli və davamlı iqtisadi inkişafın inteqral problemlərini müəyyənləşdirməyə və həll etməyə birbaşa kömək edir”.

Baki, Finance Time. Azərbaycan Beynəlxalq Bankı (ABB) MDB Bank Sektorunun dəyərli üzvü olaraq, Dünya İqtisadi Forumunun nüfuzlu Maliyyə Xidmətləri üzrə Sənaye Tərəfdaşlığına qatılmışdır.

Maliyyə Xidmətləri üzrə Sənaye Tərəfdaşlığı 70-dən çox şirkətin, o cümlədən, banklar, sığorta şirkətləri, fond birjaları, reytinq agentlikləri, sərmaye idarəçiləri və kapital bazarının xidmət təminatçılarını birləşdirən müstəsna şəbəkədir.

Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirmişdir ki,

“Biz Dünya İqtisadi Forumunun fəaliyyətinə və dünya bank cəmiyyətinin yüksək təbəqələrini birləşdirən Maliyyə Xidmətləri üzrə Sənaye Tərəfdaşları üzvləri sırasına böyük qürur hissi ilə qatılırıq. MDB ölkələri və Xəzər regionunun biznes dairələri Forumdan güclü dəstək alır. Bu bizə sosial firavanlıq və stabillik ilə birlikdə sistemli və davamlı iqtisadi inkişafın inteqral problemlərini müəyyənləşdirməyə və həll etməyə birbaşa kömək edir”.

“Biz Azərbaycan Beynəlxalq Bankını Maliyyə Xidmətləri üzrə yeni Sənaye Tərəfdaşı simasında salamlamağa şadıq və yeni etibarlı üzv vasitəsilə MDB bank icması ilə daha sıx əməkdaşlıq etməyə ümid edirik” –  Dünya İqtisadi Forumunun Maliyyə Xidmətləri üzrə Sənaye Tərəfdaşlıq Grupunun rəhbəri Giancarlo Bruno söyləmişdir.

 

DİF haqqında

Dünya İqtisadi Forumu müstəqil beynəlxalq təşkilatdır. DİF dünyada aktual olan qlobal, regional və sənaye məsələlərinin həllinə  cəmiyyətin siyasi, elmi və digər liderlərini cəlb edir.

1971-ci ildə qeyri-kommersiya fondu kimi İsveçrənin Cenevrə şəhərində qeydə alınmışdır. DİF heç bir siyasi, gizli və ya milli maraqlara bağlı deyil.

www.weforum.org

 

ABB haqqında

Azərbaycan Beynəlxalq Bankı (ABB) 10 milyard ABŞ dolları aktivləri ilə Azərbaycanın və bölgənin ən iri bank və maliyyə xidmətləri qrupudur.

ABB Azərbaycan bank sisteminin sabitliyini, ölkənin sosial-iqtisadi inkişafı və dünya iqtisadiyyatına inteqrasiyasına dəstək verir.

 

ABB geniş çeşidli, yüksək keyfiyyətə malik bank xidmətlərindən səmərəli şəkildə istifadə etmək imkanı yaradan universal və yeni texnologiyalara arxalanan bankdır, ABB-nin Rusiya və Gürcüstanda törəmə müəssisələri və London, Frankfurt , Lüksemburq, Dubay və Nyu-Yorkda nümayəndəlikləri fəaliyyət göstərir.  ABB Azərbaycan istehlakçıları və Azərbaycanın aparıcı qlobal korporativ və institusional müştəriləri üçün ən yeni texnologiyalar əsasında təhlükəsiz bank xidmətləri təklif edir. www.ibar.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir