Search
depozit-bank

Azərbaycan banklarına xaricdən maliyyə axını başlana bilər

Vüqar Bayramov: “Digər ölkələrdə depozit faizlərinin aşağı olması depozitlərin Azərbaycana cəlb edilməsini stimullaşdırır”

Birmənalı həqiqətdir ki, bu gün manat dünya miqyasında ən sabit valyutalardan biridir. Bu fonda fikirlər səslənir ki, xarici vətəndaşlar və xarici şirkətlər öz vəsaitini manat hesablarında saxlasalar, bundan əlavə gəlir əldə ədə bilərlər. Çünki, indi dünyada bir çox maliyyə institutlarında depozitlərə artıq faiz vermirlər. Azərbaycanda isə vəziyyət fərqlidir.
Məsələ ilə bağlı iqtisadçı ekspert Vüqar Bayramov “Movqe” qəzetinə açıqlamasında bildirib ki, bəzi kommersiya bankları 10-12 faiz depozitə görə faiz ödəyir: “Sözsüz siğortalanan faizlərin məbləğin 30 min manatadək və siğortalanan faizin 30 faizi olduğunu nəzərə alsaq, praktik olaraq, bu, o deməkdir ki, digər ölkələrdə depozit faizlərinin aşağı olması əmanətlərin Azərbaycana cəlb edilməsini stimullaşdırır. Çünki bir çox ölkələrdə depozit faizi aşağıdır və depozit faizinin aşağı olması üçün həmin iş adamlarına qarşı şirkətləri stimullaşdırır ki, öz vəsaitlərini Azərbaycan kommersiya banklarına yerləşdirsinlər. Azərbaycan kommersiya banklarına yerləşdirməklə daha çox gəlir əldə etmək imkanlarına malik olsunlar.
Azərbaycan kommersiya bankları eyni zamanda xarici ölkə vətəndaşlarının və şirkətlərin vəsaitlərini depozit kimi cəlb edərək həmin vəsaitlərini kredit formasında real sektora və ictimai sektora , yəni vətəndaşlara təklif edə bilərlər. Bankların əsas məqsədi depozitləri cəlb etməkdir. Banklar depozitləri cəlb etməklə öz maliyyə likvidliyini artıra, maliyyə imkanlarını genşlənidrə bilirlər. Maliyyə imkanlarını genişləndirməklə də daha böyük məbləğdə kreditlərin verilməsi və praktiki olaraq kommersiya banklarının mənfəət yollarının artırılmasına xidmət edir”.

Əfqanə MƏZHIRQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir