Search
ziraat-azerbaijan

Azərbaycan banklarına depozit yatırıb, kredit verməkdən qazanıb

“Ziraat Bank Azərbaycan” ASC 2016-cı ilin 1-ci rübünü 1 milyon 995 min manat xalis mənfəət ilə başa vurub. Bank 2015-ci ili 3 milyon 459.11 min manat xalis mənfəət ilə başa vurmuşdu.

Birinci rübdə “Ziraat Bank Azərbaycan”nın cəmi gəlirləri 3 milyon 63,2 min manat, o cümlədən faiz gəlirləri 2 milyon 109 min manat, qeyri-faiz gəlirləri isə 832.25 min manat təşkil edib.

Xərclər çıxıldıqdan sonra Bankın 1 milyon 858.57 min manat xalis əməliyyat mənfəəti qalıb. Həmçinin 136.67 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan götürülüb.

31 Mart 2016-cı il tarixinə “Ziraat Bank Azərbaycan”nın cəmi aktivləri 114 milyon 896.36 min manat, kredit portfeli 20 milyon 653.79 min manat, depozit portfeli 18 milyon 847.31 min manat, cəmi kapitalı isə 56 milyon 97 min manat təşkil edib.

31 Dekabr 2015-ci il tarixinə Bankın cəmi aktivləri 90 milyon 244.71 min manat, kredit portfeli 11 milyon 174.52 min manat təşkil etmişdi.

“Ziraat Bank Azərbaycan”nın banklara yatırdığı depozit və verdiyi kreditlərin müştərilərə verdiyi kreditlərdən çox olduğu diqqəti çəkir. Belə ki, “Ziraat Bank” Azərbaycanda banklara 32 milyon 810 min manat depozit yatırıb, həmçinin banklara 18 milyon 854 min manat kredit verib. Bundan başqa Bankın, Mərkəzi Bankdan 23 milyon 705 min manat alacağı var.

Ziraat Bankı, Türkiyə ilə artan əlaqələrindən əlavə iqtisadi artım və sərmayə potensialına və coğrafi strateji mövqeyinə görə Azərbaycanda da “Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti adı altında törəmə Bankını açmışdır. Bank, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 saylı lisenziya əsasında fəaliyyə göstərir. Bank rəsmən fəaliyyətə 2015-ci ilin ortasından başlayıb.

Mənbə: Marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir