Search

Azər-Türk Bankdan Neft sektoru üçün 15%-lik Kampaniya!

Azər-Türk Bank 30.07.2014-cü il tarixindən etibarən yeni “Neftçi” Kampaniyasına start verdi. Bu kampaniya Azərbaycan Respublikasında fəaliyyət göstərən yerli və xarici neft şirkətlərinin əməkdaşlarına şamil edilir.

Kampaniya çərçivəsində aylıq əmək haqqısı 450 AZN-dən yuxarı olan şəxslər illik 15%-dən başlayaraq istehlak kreditləri əldə edə biləcəklər. Qeyd edək ki, kreditin  rəsmilşdiriliməsi iş yerindən arayış və ya əmək haqqı kartı hesabından son 6 ayın çıxarışını təqdim etməklə mümkün olacaqdır. Kampaniya zamanı ayrılacaq maksimal məbləğ 50.000 AZN-dir (Müştərinin digər banklarda olan kredit öhdəlikləri ayrıla biləcək maksimal kredit məbləğinə təsir edir.)

“Neftçi” kampaniyası haqqında daha ətraflı məlumat əldə etmək üçün (012) 945 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz (www.azerturkbank.biz).

Qeyd edək ki, “Azər-Türk Bank” ASC 11 iyul 1995-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynamaqdadır.

Azər-Türk Bank 19 il etibar etdiyiniz ünvan…

FİFD min. 19.3%- maks. 30.2%




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir