Search
ATB

Azər-Türk Bankdan “Biznes Dünyasına” xoş xəbər!

Avqust ayından etibarən Azər-Türk Bank “Biznes Dostu” kampaniyasına start verdi. Biznes kreditlərinin yenidən maliyyələşdirilməsi kampaniyasından ölkəmizdə aktiv iş fəaliyyəti, müsbət dövriyyə vəsaiti olan və mənfəətlə fəaliyyət göstərən fərdi sahibkarlar və hüquqi şəxslər yararlana biləcəklər.

Daima inkişaf edən şirkətlərin dəstəklənməsi Azər-Türk Bankın hər zaman  prioritet istiqamətlərindən biridir. Yeni kampaniya vasitəsilə “Biznes dünyasının” aktiv üzvləri digər banklardakı kredit borclarını daha sərfəli şərtlər və faizlərlə yenidən maliyyələşdirmək imkanı qazanacaqlar.

Daha ətraflı məlumat əldə etmək üçün (012) 945 nömrəsi ilə əlaqə saxlaya və ya rəsmi internet səhifəmizdən məlumat ala bilərsiniz (http://www.azerturkbank.biz/FriendofBusiness.html).

“Azər-Türk Bank” ASC 11 iyul 1995-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynamaqdadır. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir