Search
banknews.az_2016-03-16_07-54-26

“Azər-Türk Bank”dan bayram endirimləri davam edir

«Azər-Türk Bank» 8 mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə «Bayram endirimləri» kampanyasına başlayıb.

8 mart Beynəlxalq Qadınlar Günü ilə bağlı kampanya martın 11-də başa çatıb, bu kampaniyada «Azər-Türk Bank»ın ödəniş kartına sahib olmaq istəyən xanımlara xidmət haqqının 50%-i qədər güzəşt olundu. Ödəniş kartı əldə etmək istəyən evli cütlüklər isə xidmət haqqına edilən 50% endirimlə yanaşı ikinci ödəniş kartını pulsuz əldə etdilər. Həmçinin martın 7–də «Azər Türk Bank»da əməliyyat edən bütün xanım müştərilərə kiçik hədiyyələr təqdim olunub. Bankın Novruz Bayramı münasibətilə ödəniş kartları üzrə elan etdiyi endirim kampanyası isə davam etməkdədir. Kampanya müddətində ödəniş kartı əldə edən bütün müştərilərə kart xidmət haqqının 50%-i dəyərində endirim edilir. Həmçinin, əmək haqqını «Azər-Türk Bank»ın kartları ilə alanlara təklif olunan «Korporativ» kredit məhsulu nağdlaşdırılanda birdəfəlik xidmət haqqı tutulacaq.

Novruz Bayramı münasibətilə kampanya aprelin 1-dək davam edəcək. «Bayram endirimləri» kampanyasından yararlanmaq istəyənlər şəxsiyyəti təsdiq edən sənədlə bankın istənilən filial və şöbəsinə yaxınlaşa, və ya ödəniş kartlarını onlayn sifariş edə bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir