Search
Azər-Türk Bank

“Azər-Türk Bank”da 2 dəfədən çox artım

2015-ci ilin yekununda “Azər-Türk Bank”ın cəmi aktivləri 671,9 milyon manat təşkil edib. Bankdan  verilən məlumata görə, bu, 2014-cü ilin yekunu ilə müqayisədə 2,3 dəfə çoxdur.

İl ərzində “Azər-Türk Bank”ın kredit portfeli təxminən  2 dəfə artaraq 418,3 milyon manata çatıb. Bankın vaxtı keçmiş kreditləri isə 72,5% artaraq 10,3 milyon manat olub. Problemli kreditlərin ümumi kredit portfelində payı isə 2,8%-dən 2,5%-ə düşüb.

2015-ci ildə bankın kredit portfelində ipoteka kreditləri 10,85 milyon manat olub. Bu isə 2014-cü ilə nisbətən 3,4 dəfə çoxdur. Bankın maliyyə qurumlarına verdiyi kreditlər isə 6 dəfədən çox artaraq 1,85 milyon manat təşkil edib.

“Azər-Türk Bank”ın depozit portfeli isə 2,6 dəfəlik artımdan sonra 539,7 milyon manat olub.

Bankın məcmu kapitalı isə 5,3% azalaraq 50,9 milyon manat təşkil edib.

2015-ci ildə “Azər-Türk Bank” 2 yeni filial açaraq filiallarının sayını 6-ya çatdırıb.

Bankın plastik kartlarının sayı isə 4,5 dəfə artaraq 18,1 minə çatıb.

2015-ci ildə bank 25,9 milyon manat gəlir əldə edib ki, bu da 2014-cü illə müqayisədə 51,8% çoxdur. Bununla belə, bankın məcburi ehtiyatların yaradılması da daxil olmaqla xərcləri daha çox olduğu üçün ili 4,6 milyon manat ziyanla başa vurub.fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir