Search
Copy_of_ATB12

“Azər-Türk Bank” kreditləri komissiyasız verəcək

“Azər-Türk Bank” Novruz bayramı münasibətilə Çərşənbə axşamları yəni 4-11-18 Mart 2014-cü il tarixlərində kredit müraciəti edən müştərilər üçün özəl kampaniya təqdim etməkdədir.

Bankdan “Marja”ya daxil olmuş məlumata görə, kampaniya şərtlərinə əsasən 2 il və 3,000 AZN məbləğinə qədər kredit müraciəti edən şəxslər komissiyasız “İstehlak” və “Yenidən Maliyyələşdirmə” (Refinans) kreditlərindən istifadə edə biləcəklər.

Qeyd edək ki, Azər-Türk Bank sərfəli şərtlərlə 18%-dən başlayaraq “İstehlak” və digər banklarda mövcud borclarınızı ödəmək məqsədilə 16%-dan başlayaraq “Yenidən Maliyyləşdirmə” (Refinans) kreditləri təklif edir.

“Azər-Türk Bank” ASC 11 iyul 1995-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynamaqdadır. Nəzərinizə çatdıraq ki, Bankımız Türkiyə Respublikasının Ziraat Bankı, Azərbaycan Respublikasının Aqrarkredit Səhmdar Kredit Təşkilatı, Almaniyanın Ziraat Bank İnternational AG və Turan Bank ASC tərəflərindən təsis edilmişdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir