Search
milk_plant_240614

Azərbaycanın ət və süd məhsullarının Rusiyaya ixracının artırılması üçün tədbirlər görülür

Məlumat verildiyi kimi, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə işçi qruplarının Moskva şəhərində növbəti görüşü keçirilmiş, Azərbaycanda istehsal olunan ət və süd məhsullarının Rusiya Federasiyasına ixracı ilə bağlı müzakirələr aparılmışdır.

Müzakirələrin nəticəsi olaraq, Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin müvafiq qərarı ilə toyuq əti istehsal edən “Qəbələ Quşçuluq” ASC, hazır ət məhsulları istehsal edən “Səhliyalı” MMC, süd və süd məhsulları istehsal edən “Biləsuvar Aqro” MMC və “Pal Food” MMC Xidmət tərəfindən aparılan reyestrə daxil edilmiş və həmin müəssisələrə istehsal etdikləri məhsulların maneəsiz olaraq Rusiya Federasiyasına ixrac edilməsinə icazə verilmişdir.

Beləliklə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə işçi qruplarının fəaliyyəti dövründə indiyədək 12 Azərbaycan şirkəti Rusiya Federasiyasına məhsullarını ixrac etmək üçün Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti tərəfindən aparılan reyestrə daxil edilmişdir.

Digər yerli müəssisələrin də reyestrə daxil edilməsi istiqamətində işlər davam etdirilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir