Search
IMG_8545

“Azərbaycanda “yaşıl iqtisadiyyat”ın qiymətləndirilməsi” mövzusunda Seminar keçirilmişdir

Mayın 19-da Bakıda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı ölkələrində Yaşıl İqtisadiyyat” (EaP GREEN) Proqramı çərçivəsində “Azərbaycanda yaşıl iqtisadiyyatın qiymətləndirilməsi” mövzusunda Seminar keçirilmişdir. Tədbirdə İqtisadiyyat Nazirliyinin və aidiyyəti qurumların nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri və xarici ekspertlər iştirak etmişlər.
Seminarda Azərbaycanda milli “yaşıl iqtisadiyyat” göstəricilərinin müəyyənləşdirilməsi üçün metodologiyanın qəbulu və müvafiq göstəricilərdən istifadə etməklə “yaşıl iqtisadiyyat” haqqında hesabatın hazırlanması imkanları, həmçinin Yaşıl İqtisadiyyat göstəriciləri üzrə İşçi Qrupun yaradılması məsələsi müzakirə olunmuşdur.
Tədbir çərçivəsində “Azərbaycanda yaşıl iqtisadiyyatın qiymətləndirilməsi” mövzusunda təqdimatlar keçirilmişdir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir