Search
1462874249_deniz-cimerlik

Azərbaycanda QADINLARA MƏXSUS ÇİMƏRLİK açılır

Azərbaycanda yalnız qadınların girişinə icazə verilən çimərlik fəaliyyət göstərəcək.

Sumqayıt ərazisində fəaliyyət göstərəcək bu çimərlik Dubay təcrübəsi əsasında xidmət göstərəcək:

“Bu ilin avqust ayında fəaliyyət göstərməsi planlaşdırılan məlum çimərliyə kişilərin girişinə yasaq qoyulacaq. Dubay təcrübəsi əsasında Sumqayıtda, dənizkənari obyektlərin birində tətbiq ediləcək bu xidmətin qadınların böyük marağına səbəb olacağı gözlənilir. O qədər də böyük ərazini əhatə etməyən qadın çimərliyində nəzarətçilər və xilasedicilər də daxil bütün personal qadınlardan təşkil ediləcək”.

Məlumat üçün qeyd edək ki, qadınlara açıq çimərliyin yaradılması Azərbaycanda bir ilk olsa da, yaxın gələcəkdə bu cür çimərliklərin sayının artması ehtimal edilir.

Moderator.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir