Search
mobil_telefon_014

Azərbaycanda mobil rabitənin GƏLİRLƏRİ

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 955,7 milyon manatlıq xidmət göstərib.

Dövlət Statistika Komitəsinin istinadən verdiyi məlumata görə, bunun da 72,1 faizi əhali tərəfindən istehlak olunub.

2015-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 12,5 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 48,9 faizi və ya 467,2 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir