Search
coaching_days_260516

Azərbaycanda İlk Koaçıng konfransı keçirilir

Mayın 26-da “Addım” gənclər təşkilatının və Belnəlxalq Erikson Akademiyasının təşkilatçılığı ilə Alov Qüllələrində yerləşən Fairmont Hoteldə Azərbaycanda ilk Coach konfransı keçiriləcək.

Təşkilatşıların verdiyi məlumata görə, beynəlxalq konfransın keçirilməsində məqsəd – gənclərin və iqtisadi sektorda fəaliyyət göstərən insanların maarifləndirilməsi , sosial və innovativ texnologiyaların təbliğ edilməsi və gənclərin beynəlxalq əməkdaşlıq əlagələrinin genişləndirilməsidir.

Konfrans çərçivəsində Beynəlxalq Erikson Akademiyasının Cənubi Qafqaz regional ofisini prezidenti Girogi Kalatozishvili “Coaching Modeli”-nin məhz Azərbaycan üçün hazırlanan versiyasını təqdim edəcəkir. Tədbirdə həmçinin dövlət rəsmiləri, gənclər, KİV nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, “Coaching” mövzusunda ilk ictimai tədbirləri hələ ötən il, məhz Addımın səyi nəticəsində baş tutub. İlk dəfədən gənclər və biznes sektoru arasında böyük maraqla qarşılanan proqram bu dəfə Coaching üzrə dünya birinciləri Erikson nümayəndələri tərəfindən təqdim olunacaq.

Məlumat üçün qeyd edək ki ötən əsrin 90 illərin əvvəllərində İngiltərədə formalaşıb və hazırda Avropa ölkələri və ABŞ-da ən dəbdə olan konsulting və motivasiya proqramıdır. İş adamları arasında xüsusi yayılan bu istiqamət 2010-cu ildən Rusiya Federasiyasında da geniş populyarlıq qazanır. Hazırda keçmiş MDB ölkələrindən yalnız Rusiyaya və Ukraynada bu sahədə maarifləndirmə məqsədilə Beynəlxalq Erikson İnstitutunun nümayəndəlikləri fəaliyyət göstərir.

Mənbə: Trend




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir