Search
8f16a78d7cd66df0b433d32952103fe3

Azərbaycan Seulda keçirilən beynəlxalq turizm sərgisində təmsil olunur

Azərbaycan Seulda keçirilən “KOTFA 2016” beynəlxalq turizm sərgisində təmsil olunur.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin marketinq sektorunun müdiri Emil Səfərov, “Silk Way Travel” və “Geo-travel” turizm şirkətləri təmsil edir.

Beynəlxalq sərgidə Azərbaycanın turizm imkanlarını əks etdirən 27 m² sahəsi olan milli stenddə mədəniyyətimiz, tariximiz, eləcə də, ölkəmizin görməli yerləri haqqında koreya və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları və videoçarxlar nümayiş olunur.

Sərginin ilk günü təşkilatçılar tərəfindən B2B formatında iştirakçılar üçün ümumi görüş keçirilib.

Şöbədən əlavə ediblər ki, Azərbaycana səfər edən Cənubi Koreya vətəndaşları vizanı aeroportdan əldə edə bilərlər.

Sərgi iyunun 12-dək davam edəcək.

Mənbə: APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir