Search
3

“Azər Türk Bank”ın daha bir şöbəsi müştərilərin xidmətinə verildi

“Azər Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin xidmət şəbəkəsinə daha bir şöbə əlavə olunub. Belə ki, avqust ayının 4-də Bankın Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən 2 saylı şöbəsinin açılışı olub. Azər Türk Bankın inkişaf strategiyasına uyğun olaraq yaradılmış yeni şöbə həftəiçi hər gün saat 09:30-dan 17:00-a qədər müştərilərin xidmətindədir. Burada müştərilərin fiziki və hüquqi şəxslərə bank hesablarının açılması, fiziki şəxslərə depozit  hesablarının açılması, valyuta mübadilə əməliyyatlarının həyata keçirilməsi, nağdsız pul köçürmələri, ölkədaxili sürətli pul köçürmələri, şəxsi hesabdan nəğd vəsaitin çıxarılması, hökümət ödəniş portalı üzrə əməliyatların, alqı-satqı əməliyyatlarının aparılması kimi xidmətlərdən istifadə etməsi mümkündür. Müştərilər həmçinin 2 saylı şöbəyə müraciət etməklə Azər Türk Bankın müxtəlif çeşidli ödəmə kartlarını sifariş verə bilərlər.

Xatırladaq ki, cari ilin avqust ayının 1-də Azər Türk Bankın Şirvan şəhəri Məhəmməd Əmin Rəsulzadə küçəsi 33 ünvanında “Şirvan” filialının açılışı keçirilmişdir.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Еще одно отделение Azer Turk Bank открыто для клиентов

К сети обслуживания ОАО Azer Turk Bank добавлено новое отделение. 4 августа состоялось открытие отделения №2, расположенного в Хатаинском районе города Баку на улице Фазаила Байрамова. Отстроенное в соответствии со стратегией развития Банка, отделение обслуживает клиентов в будние дни с 9:30 до 17:00. Физическим и юридическим лицам тут оказываются ряд банковских услуг, в том числе открытие счетов, вкладов для физлиц, операции по обмену валюты, безналичные переводы, мгновенные переводы по стране, обналичивание средств со счета, операции посредством государственного платежного портала, операции по купле-продаже и пр. Обратившись в отделение, клиенты могут также заказать различные платежные карты Azer Turk Bank.

Напомним, что 1 августа этого года в горде Ширван, по адресу ул. М.А. Расулзаде 33 состоялось открытие нового филиала Azer Turk Bank – «Ширван».

75% акций ОАО Azer Turk Bank, основной миссией которого является финансовая поддержка реальному сектору экономики, принадлежит правительству Азербайджана. С более подробной информацией о банке, точках обслуживания, продукции и услугах можно ознакомиться на официальном сайте банка: www.azerturkbank.az, корпоративных страницах в социальных сетях или позвонив в Информационный центр Банка по номеру (012) 945.

Another sub-branch of Azer Turk Bank is given at customers’ disposal.

Another sub-branch has been added to the service network of Azer Turk Bank OJSC. On August 4th sub-branch №2 was opened in Baku, Khatai district, Fazil Bayramov str. New sub-branch, which is established in accordance with Azer Turk Bank’s development concept, is given to customers’ disposal every weekday from 09.30 to 17.00. Here, individual and corporate clients can open current accounts, individual clients may open deposit accounts, hold foreign currency exchange operations, implement cashless money transfers, countrywide money transfers, cash withdrawals from current accounts, make sale and purchase operations and operations through governmental payment portal. Besides, customers approaching sub-branch №2 can order various payment cards of Azer Turk Bank.

Note that on August 1st of the current year new “Shirvan” branch of Azer Turk Bank was opened at 33, M.A.Rasulzade str., Shirvan city.

Azer Turk Bank OJSC, which has identified financial support to the real sector of the economy as its main mission, by 75% is owned by the Government of Azerbaijan. More information about the Bank, its service network, products and services is available at www.azerturkbank.az, the Bank’s corporate pages at social networks or at (012) 945 Call Center.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir