Unemployment-Public-Domain-460x325

Azərbaycanda yeni məşğulluq strategiyası hazırlanacaq

Azərbaycanda yeni məşğulluq strategiyası hazırlanacaq.
Bu barədə parlamentin bugünkü plenar iclasında iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib: “Yeni məşğulluq strategiyası hazırlancaq. İşsizlikdə icbari sığorta yaradılacaq. Özünəməşğulluq proqramının icrası davam etdiriləcək. Gələn il qeyri-neft sektoru üzrə 7,4 faiz artım proqnozlaşdırılır. 2017-2020-ci illərdə turizim sektorunun 7,4 faiz artacağı proqnozlaşdırılır. İKT sektorunda artım isə gələn il 6,7 faiz səviyyəsində gözlənilir. Nəqliyyat sektorunun artımı təmin ediləcək və 2,9 faiz proqnozlaşdırlır. Gələn il investisiyaların 15,3 mlrd. manat, xarici investisiyaların 9,2 mlrd. manat olacağı proqnozlaşdırılır. Bunun 5,6 mlrd. manatı qeyr-neft sektoruna yatırılacaq. Bir sıra infrastruktur layihələri davam etdiriləcək”.
Ş.Mustafayev əlavə edib ki, ölkənin 19 rayonunda 116,7 min hektar ərazidə əlavə 26 aqroparkın yaradılması, dövlət dəstəyi tədbirlərinin davam etdirilməsi, müasir texnologiyaların genişləndirlməsi nəzərdə tutulur: “Piriallahı sənaye parkında dəyəri 74 mln. dollar olan zavodda 89 çeşiddə dərman istehsal olunacaq. Daha iki əczaçılıq zavodunun tikintisinə başlanacaq. Masallı sənaye məhəlləsinə də maraq göstərilir. Artıq 33 layihə təqdim olunub. Bunlar ixrac potensialının genişləndirilməsinə imkan yaranacaq”.
Nazir həmçinin SKMF-in kredit portfelinin artıq 1 mlrd. manata çatdığını bildirib. Şahin Mustafayev vurğulayıb ki, bankların 52 mln. manat əsas kredit borcu var ki, bu da Fondun kredit portfelinin 5,7 fazini təşkil edir.
Modern.az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir