342183_484365

Azərbaycanda Qafqazın ən böyük tikiş fabriki açılır

Yaxın vaxtlarda Azərbaycanda ölkənin və ümumilikdə Qafqazın ən böyük tikiş fabriki açılacaq. 
Yeni müəssisə Mingəçevir Sənaye Parkında fəaliyyət göstərəcək.
Onun yaradılmasında məqsəd Azərbaycanın hazır geyim məhsullarına olan tələbatı ödəmək və idxaldan olan asılılığı azaltmaqdır.
Fabrikdə Almaniya və Yaponiya istehsalı olan müasir tikiş avadanlıqları quraşdırılacaq və ildə 2 milyon ədəddən çox geniş çeşidli və müxtəlif təyinatlı geyim və tekstil məhsulları istehsal olunacaq.
Bununla da hazır tekstil məhsulları və geyim üzrə idxaldan asılılıq ən azı 30% azalacaq. Tikiş fabrikində 2 mindən çox yeni iş yeri açılacaq.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir