Search
EBRD_logo_Album_170512

AYİB marketinq və satış bacarıqlarının təkmilləşdirilməsində azərbaycanlı məsləhətçilərə yardım edir

Bir çox kiçik və orta müəssisələr indiyə qədər məsləhət xidmətlərindən istifadə etməyiblər. Güclü marketinq texnikasının olması bu kiçik və orta müəssisələrin konsaltinq xidmətlərinin dəyərini daha yaxşı başa düşməsi və məsləhətçinin öz biznesini inkişaf etdirməsi üçün vacibdir”.

 

 

AYİB Kiçik Biznesə Yardım qrupu Azərbaycanın yerli məsləhətçilərinin bacarıq və səriştələrini təkmilləşdirmək, həmçinin onlar tərəfindən kiçik və orta həcmli müəssisələr üçün keyfiyyətli layihələrin həyata keçirilməsinə və fəaliyyət göstərdikləri ixtisas sahələrinin genişləndirilməsinə dəstək vermək məqsədilə yerli məsləhətçilərlə işləyir.

Trend-in məlumatına görə, Azərbaycandan olan on beş konsaltinq şirkəti 11-14 may tarixlərində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən dörd günlük seminarda iştirak edəcəklər. Təlimdə məsləhətçilər üçün marketinq və satış, Azərbaycanda yerli məsləhətçilər üçün bacarıqların yaradılması və onlar tərəfindən yerli müəssisələrə təqdim edilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi kimi məsələlərdən bəhs ediləcək.

AYİB Biznes Məsləhət Xidmətləri Proqram Meneceri Lalə Rzayeva bildirib: “Bir çox kiçik və orta müəssisələr indiyə qədər məsləhət xidmətlərindən istifadə etməyiblər. Güclü marketinq texnikasının olması bu kiçik və orta müəssisələrin konsaltinq xidmətlərinin dəyərini daha yaxşı başa düşməsi və məsləhətçinin öz biznesini inkişaf etdirməsi üçün vacibdir”.

Seminar sayəsində məsləhətçilər Azərbaycanda konsaltinq xidmətləri bazarını daha yaxşı başa düşəcək və konkret ehtiyacları müəyyən edə biləcəklər. Bu seminar məsləhətçilər üçün ixtisaslaşmış təlim kurslarının tərkib hissəsidir ki, burada effektiv və təsirli konsaltinq, eləcə də uğurlu konsaltinq biznesi üçün ilkin bacarıqlar, resurslar və metodlar paylaşılır. Kurslarda konsaltinq karyerasında başlanğıc mərhələdən gəlirli biznesə doğru irəliləmək üçün işin sirləri öyrədilir və kiçik və orta müəssisələr üçün keyfiyyətli məsləhətin verilməsində məsləhətçilərə yardım göstərilir.

Avropa İttifaqı və AYİB tərəfindən maliyyələşdirilən seminar Azərbaycanda kiçik və orta müəssisələrə yardım etmək üçün sürətlə inkişaf edən konsaltinq bazarının yaradılması məqsədi daşıyan davamlı səylərin tərkib hissəsidir. 1998-ci ildə Azərbaycanda fəaliyyətə başladıqdan etibarən Kiçik Biznesə Yardım 700-dən çox müəssisənin inkişaf etmək üçün konsaltinq bacarıqlarına yiyələnməsinə yardım etmişdir.trend.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir