photo_85710 (1)

Avtomobil olmayan şəhərin yerləşdiyi ölkə haqqında – 7 fakt

Artıq uzun müddətdir ki, Hollandiya özünün iddialı layihələri ilə bütün dünyanın diqqətini cəlb edir. Digər ölkələrin Hollandiyadan nümunə götürə biləcəkləri 7 nailiyyəti oxucuların diqqətinə çatdırırıq.

1. Hollandiya heç bir sahibsiz heyvanları olmayan yeganə ölkədir.

Bir müddət öncə Hollandiyada sahibsiz heyvanların olmaması (itlər, pişiklər) faktı rəsmi şəkildə təsdiqini tapıb. Ölkə hökuməti bu nailiyyətə heyvanların özlərinə zərər vurmadan nail ola bilib. Sual olunur necə? Hollandiya bir qayda olaraq heyvanlara da müəyyən hüquqlar tanıdı və bu hüquqları pozan (heyvanlarla qəddar rəftar edən və ya onları atan) şəxsləri ciddi şəkildə cəzalandırır.

2. İlk dəfə Hollandiyada Günəş panelləri əsasında işləyən velosiped yolları və avtomaqistral istifadəyə verilib.

“SolaRoad” (Günəş yolu) adlanan layihə hökumət, özəl sənaye və universitetlərin birgə səyləri nəticəsində ərsəyə gəlib. Yolun birinci hissəsi 2015-ci ildə istifadəyə verilib. Onun uzunluğu cəmi 100 m-dir, lakin bu kiçik nəticə gələcək yol tikintisi sahəsində artıq inqilab deməkdir. Günəş yolunun əsas mahiyyəti ondan ibarətdir ki, yol gün ərzində Günəşdan aldığı enerjini toplayaraq onu yolun işıqlandırılması, elektrik və mexaniki nəqliyyat vasitələrinin əlavə enerji yığmaları üçün istifadə edir .

3. Hollandiyada hər 50 m-dən bir enerji doldurma mənqətələri var.

Hollandiyanın ən güclü tərəflərindən biri ölkənin davamlı mobilliyidir. Avtomobil yanacağından imtina edilməsi məqsədilə hökumət alternativ enerji mənbələri əsasında işləyən, yeni nəsil avtomobillər üçün zəruri olan əlavə enerjidolduruma mənqətələri quraşdırır.

4. Hollandiyada avtomobil olmayan şəhər var.

Hollandiyanın Hauten şəhəri dünyanın ən təhlükəsiz yeri adına layiq görülüb. Ötən əsrin 1980-ci ildə şəhərin 4000 sakini velosiped nəqliyyatından istifadənin vətəndaşlar arasında təşviqi və tədricən avtonəqliyyatdan imtina edilməsi ilə bağlı strateji qərar qəbul etdilər. Bununla da tədricən velosiped sürmək şəhər əhalisinin adi həyat tərzinə çevrildi.

5. Yanacaqla işləyən avtomobillərdən istifadə tədricən qadağan edilir.

Hollandaniya hökuməti cəmi 9 il sonra 2025-ci ildə ölkə ərazisində dizel və benzin mühərrikli avtomobillərin istifadəsini qadağan etməyi nəzərdə tutub. Həmçinin Hollandiyada alternativ enerji əsasında işləyən şəxsi nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş vergi də ləğv olunub. Nəticədə belə avtomobillərin qiyməti 15.000 avro ucuzlaşıb

6. Məhkumların azlığından həbsxanalar bağlanır.

Hollandiyada artıq uzun müddətdir ki, ölkədə cinayətkarlıq səviyyəsinin azaldıması üçün hərtərəfli işlər görür və bu fəaliyyət istiqamətində dövlət artıq uğurlu nəticələr əldə edib. 2009-cu ildən məhbus çatışmazlığından Hollandiyada 19 həbsxana bağlanıb. Son rəqəmlərə əsasən ölkənin 100 min əhalisinə 163 cinayətkar düşür, bu Braziliyanın göstəricilərinin yarısından da azdır.

7. Hollandiyada heyvanlar üçün də körpülər var.

Vəhşi heyvanların qorunması Hollandiya hökumətinin qarşısında duran vacib məsələlərdən biridir. Meşələri kəsən avtomobil yollarının vəhşi heyvanların hərəkətinə törətdiyi təhlükəni nəzərə alaraq, ölkədə meşə heyvanlarının keçidi üçün nəzərdə tutulmuş bir neçə körpülər (ekoduklar) tikilib. Onlar vasitsəilə heyvanlar avtomobil yoluna çıxmadan, meşənin bir hissəsindən digərinə təhlükəsiz keçirlər.

Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir