Search
864f3f28c56cc630d5574432d41e6c3b_XL

Avropa bankı “FINCA Azerbaijan”a 6 milyon dollar kredit verib

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB, EBRD) “FINCA Azerbaijan” Bank Olmayan Kredit Təşkilatına 6 milyon ABŞ dolları ekvivalentində yerli valyutada (4,7 milyon manat) kredit ayırıb.

“Marja” AYİB-in yaydığı məlumata istinadən xəbər verir ki,  kredit “FINCA Azerbaijan”a mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi məqsədilə verilib.

“Ayrılmış bu vəsait  “FINCA Azerbaijan”ın müştərilərinə  yerli valyutada ortamüddətli kreditlər götürməyə və beləliklə valyuta mübadiləsi risklərindən qorunmağa imkan verəcəkdir”, – AYİB-in məlumatında deyilir.

“FINCA Azerbaijan” 2006-cı ildən bəri Avropa Yenidənqurma və İnkişaf Bankının müştərisidir  və indiyədək bu bankdan 24 milyon ABŞ dolları həcmində kredit cəlb etmişdir. Təşkilat AYİB-dən kreditlərin  18.5 milyonunu yerli valyutada almışdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir