Search
MW-DC996_euro_p_ZG_20150109144001

Avro dollarla bərabərləşəcək

ABŞ-ın “Wall Street Journal” dərgisi dünya analitikləri ilə geniş sorğu keçrib. Jurnala açıqlama verən aparıcı bank analitikləri yaxın aylarda avronun dollara qarşı maksimum səviyyəyə çıxacağını və bunun ardından 12 ay ərzində bərabərləşəcəyini proqnozlaşdırıb. Analitiklərin fikrincə, buna səbəb Avropa Mərkəzi Bankının müdaxilələri və avrozona səhmlərinin xarici investorlara aktiv satışı ilə bağlıdır. Ötən həftə 1 avro 1,16 dollar səviyyəsinə qədər bahalaşmışdı ki, bu da ötən ilin avqustundan bəri ən yüksək göstərici idi. Son 1 ildə avro dollara qarşı 5,7% möhkəmlənib. Ekspertlər Avropa Birliyinin istehsal etdiyi məhsulların rəqabətə davamlılığını azaltdığı üçün yaxın vaxtlarda Avropa valyutasının ucuzlaşacağını gözlədiklərini deyib.

Modern.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir