Search
Making-A-Business-Meeting-Effective

Auditorlar Palatasında audit sahəsinə dair bölmə iclasları keçirilib

Azərbaycan Respublikasının Auditorlar Palatasının “Müasir şəraitdə auditin tənzimlənməsinin aktual problemləri” mövzusunda Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransı öz işini aprelin 6-da bölmə iclasları ilə davam etdirib.

İclas üç bölmədən ibarət olub. Birinci bölmədə “Auditin təşkili və tənzimlənməsi” mövzusunda 25 məruzə dinlənilib. İkinci bölmədə “Təsərrüfat subyektlərində daxili auditin təşkili” mövzusunda 12 məruzə, “Maliyyə hesabatlarında və uçot siyasətində şəffaflığın təmin edilməsi” mövzusunda üçüncü bölmədə isə 34 məruzə ilə çıxış edilib.

Məruzələr “İnnovasiya tipli məşğulluğun təmin edilməsində innovasiya auditi”, “Audit fəaliyyəti və audit planlaşdırılmasının inkişaf perspektivləri” və digər mövzularda olub.

Dinlənilən məruzələr əsasında müzakirələr aparılıb, dinləyicilərin sualları cavablandırılıb.

Mənbə: AzerTag




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir