Search
atabank

“AtaBank”ın vəziyyəti məlum oldu

“AtaBank” ASC 2016-cı ilin birinci yarısını 10 milyon 550,14 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən il 251 min manat zərər açıqlamışdı.

Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, Yanvar-İyun aylarında Bankın cəmi gəlirləri 32 milyon 114 min manat, o cümlədən faiz gəlirləri 26 milyon 724,02 min manat, qeyri-faiz gəlirləri 5 milyon 390,42 min manat təşkil edib. Əsas xərclər  çıxıldıqdan sonra Bankın 8 milyon 298,88 min manat əməliyyat mənfəəti qalıb. Həmçinin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalardan  2 milyon 251,26 min manat götürülərək  mənfəətə əlavə edilib. Bank birinci yarımildə mənfəət vergisi ödəməyib.

30 İyun 2016-cı il tarixinə “AtaBank”ın cəmi aktivləri 486 milyon  749,07 min manat təşkil edib. Bank ötən ilin sonunda 598 milyon268 min manat cəmi aktivə malik idi. Bankın müştərilərə verdiyi kreditlər isə 410 milyon 229 min manat təşkil edib. Ötən ilin sonunda Bankın kredit portfeli 525 milyon manatdan çox idi. Kredit portfelinin aşağı düşməsi “AtaBank”ın kredit ayırmağı dayandırması ilə bağlıdır.

KAPİTALI ARTIB

Birinci yarım ilin sonuna Bank 415 milyon 461 min manat cəmi öhdəliklərə və 71 milyon 287 min manat cəmi kapitala malim olub. Ötən ilin sonunda bu göstəricilər müvafiq olaraq 543 milyon 250 min manat və 55 milyon 17 min manat idi. Öhdəliklərin azalması depozitlərin 436 milyon 584 min manatdan 268 milyon 688 min manata geriləməsidir.  “AtaBank”da əhalinin 202 milyon 388 min manat əmanəti var.

Qeyd edək ki, rəqəmlər “AtaBank”ın stabil bank olduğuna və hazırkı çətin əməliyyat mühitinə tab gətirə bildiyinə işarə edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir