“AtaBank” ASC tərəfindən Nabranda yerləşən “Caspian Sea Resort” otelinin konfrans zalında jurnaistlərə PR-tur keçirildi. Tədbirdə “AtaHolding” ASC Korporativ Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova “AtaBank” ASC tərəfindən 2014-cü ilin 6 ayı ərzində Korporativ Sosial Məsuliyyət sahəsində görülən işlər haqqında geniş məlumat verdi. “AtaBank” ASC tərəfindən 2014-cü ilin 6 ayı ərzində KSM sahəsində keçirilən tədbirlərdən video süjetlər nümayiş edildi. Qeyd edildi ki, təkcə “AtaBank” ASC tərəfindən 2014-cü ilin 6 ayı ərzində KSM sahəsində 15-dən çox tədbir keçirilib.
“AtaBank” ASC-nin Idarə Heyətinin Üzvü və İcraçı Direktoru Elnur Osmanov bildirdi: “Biz KİV nümayəndələrini qarşıdan gələn 22 iyul-Milli Mətbuat Günü münasibəti ilə təbrik edirik. Onların bankın xidmətləri və yenilikləri barədə məlumatları ictimaiyyətin nəzərinə çatdırılmasında əvəzsiz rolu var. “AtaBank” ASC gələcəkdə də jurnalistlərlə əlamətdar tarixləri qeyd edərək qeyri-rəsmi görüşlər təşkil edəcək və yeni və müasir bank məhsulları haqda dolğun məlumatın əhalinin nəzərinə çatdırması və müştərilərin maliyyə biliklərinin artırılması məqsədi ilə əməkdaşlığı gücləndirəcək ”.
Tədbirin sonunda iştirakçılara sertifikatlar və hədiyyələr təqdim edildi.
1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün “AtaBank” yüksək texnologiyalı universal bankdır. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.