Search
photo_27489

Asiyanın üzən bazarları – FOTOLAR

Asiya ölkələri fərqli mədəniyyətləri ilə hər zaman insanları təəccübləndirməyi bacarıb. Onlar üçün gündəlik həyatın adi parçası olan şeylər dünyanın digər hissələrində yaşayanlara çox fərqli və qeyri-adi görünür. Cənub-Şərqi Asiya ölkələri özünəməxsus fərqli özəlliklərə sahibdir. Bunlardan biri də çayların üzərində qurulmuş üzən bazarlar adlanan alış-veriş yerləridir.

üzən bazarlar

Keçmişdə tropik iqlim və sıx meşələrə görə bəzi bölgələrdə nəqliyyatın yükünü çaylar öz üzərinə götürürdü. Çayların üzərində qurulan bazarlar da alış-verişi daha rahat hala gətirmək üçün meydana çıxmışdı. Artıq bu ölkələr qurudan geniş yollara sahib olsa da, üzən bazarlar hələ də qalmaqdadır. Turistik məqsədi qalmış bu ərazidən yerli əhali də bazarlığını etməyə davam edir.

Təsərrüfatla məşğul olan kəndlilər qayıqlarla öz məhsulunu bu bazarlara gətirərək tacirlərə, onlar isə həmin bazarlardan şəhər və qəsəbələrdə yerləşən marketlərə sataraq pul qazanır.

market00004

Ən məşhur bazarlardan biri olan Damnoen Sduak, Bangkokun 100 km cənub-qərbində yerləşir. Havanın işıqlanana kimi bazar satıcı və müştərilərlə dolur. Bangkok yaxılığında yerləşən digər bir bazar – Amphava isə daha çox axşamlar aktiv olur. Şəhərdən 10 km uzaqlıqda yerləşən Vat Sai və 150 il əvvəl qurulan Bang Phli də Taylandın populyar bazarlarıdır.

market00008

Viyetnamda isə Mekong Deltasındakı ən böyük üzən bazar hesab edilən Phung Hiep bazarı var. Minlərlə qayığın alış-veriş etdiyi bu bazardan başqa Viyetnamın şərqində yerləşən Cai Be də ölkənin aktiv üzən bazarlarından biridir.

market00009

üzən bazarlar

Mənbə: pahoo.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir