Search
asiya-inkisaf-bankindan-dstk

Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının növbəti illik toplantısı Azərbaycanda keçiriləcək

2014-cü il 2-5 may tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 47-ci illik toplantısı keçiriləcək.

 “APA-Economics”in xəbərinə görə, toplantıda Azərbaycan Respublikasının maliyyə naziri, AİB-in Rəhbərlər Şurasının üzvü Samir Şərifov iştirak edəcək.

 “Dəyişən Dünya ilə Asiyanı birləşdirən İpək Yolu” devizi altında keçirilən toplantıda üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alim və ekspertlər olmaqla 3 min nəfərdən çox nümayəndənin iştirakı gözlənilir.

 Astanada beynəlxalq toplantının keçirildiyi günlərdə AİB Rəhbərlər Şurasının 2015-ci ildə Bakıda keçiriləcək 48-ci illik toplantısına ev sahibliyi edəcək.

 Azərbaycanın tanıtımı məqsədi ilə ayrıca pavilyon qurulacaq və “Azərbaycan günü” adlı tədbir keçiriləcək.

apa.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir