Search
xalq_bank__0

ASC “Xalq” Bankı açıq tender elan edir

Layihə:

Risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi.

Layihənin məqsədi:

  • Risklərin idarə edilməsi sisteminin mövcud vəziyyətinin təhlili;
  • Sistemin cari vəziyyətinin aparıcı bank təcrübəsi ilə müqayisəsi;
  • Çatışmazlıqları aradan qaldıracaq hədəf risk menecment modelinin hazırlanması;
  • Hazırlanmış modelin Bank üzrə tətbiqi;
  • Tətbiq olunan modelin effektivliyinin mütəmadi qiymətləndirilməsi (ildə bir dəfədən az olmayaraq).

Görüləcək işlərin təsviri:

Layihəni şərti olaraq üç mərhələdə icra etmək nəzərdə tutulmuşdur:

1-ci mərhələ:

Bankda əsas risk növləri üzrə risklərin idarə edilməsi zamanı təşkilati strukturun effektivliyinin təhlil və qiymətləndirilməsini əhatə etməlidir. Bu mərhələ risklərin idarə edilməsinin bütün səviyyə və elementlərini özündə əks etməlidir: risklərin tanınması, ölçülməsi, stress-testlərin keçirilməsi, hesabatlılıq, qərar vermə, o cümlədən limitlərin təyin olunması və onlara nəzarət olunması. Mərhələnin sonunda Bankda risklərin idarə edilməsi sisteminin cari vəziyyətinin çatışmazlıqları hesabat şəklində təqdim olunmalıdır.

2-ci mərhələ:

Bankın strateji inkişaf planına uyğun və beynəlxalq standardlara cavab verən risklərin idarə edilməsi sisteminin modeli yaradılmalı və modelin uğurlu tətbiqi ilə bağlı tədbirlər planı hazırlanmalıdır.

3-cü mərhələ:

Risklərin idarə edilməsi sisteminin hədəf modelinin konsaltinq şirkətinin dəstəyi ilə tətbiqi nəzərdə tutulmuşdur.

İştirakçılara olan tələblər:

  • Son 3 il ərzində ilk onluğa daxil olan MDB banklarında risklərin idarə edilməsi sahəsində layihənin icrası üzrə təcrübənin olması;
  • Komandanın tərkibində beynəlxalq ekspert səviyyəsində ən azı 3 partnyor və ya direktorun olması;
  • Həmçinin, komandanın tərkibində rus və ya azərbaycan dilini bilən, dünyanın aparıcı banklarında risk-menecment təcrübəsi olan ən azı 4 nəfərin olması;
  • Konsaltinq şirkətinin Azərbaycanda yerli ofisinin mövcudluğu.

Cədvəl:

ASC “Xalq” Bankı layihənin icraçısını 30 May 2016-cı il tarixinədək təyin edəcək. Layihə ilə bağlı iştirakçıların təklifləri 30 Aprel 2016-cı il tarixinədək çap nüsxə formasında, ASC “Xalq” Bankının baş ofisinə (Bakı şəh., İnşaatçılar pr. 22L) təqdim edilməlidir.

Təklifin məzmunu:

İştirakçının təklifləri minimum aşağıdakı bəndləri əhatə etməlidir:

  1. İştirakçının qoyulan tapşırığın həllinə olan yanaşması;
  2. Təklifin icra müddəti;
  3. İştirakçının müvafiq sahədə təcrübəsi;
  4. İştirakçının işçi heyəti;
  5. Layihənin ümumi büdcəsi.

Təkliflərin qiymətləndirmə meyarları:

ASC “Xalq” Bankı iştirakçıların təkliflərini aşağıdakı meyarlara uyğun olaraq qiymətləndirəcəkdir:

  1. İştirakçının məsələyə olan yanaşması və layihənin icra metodologiyası;
  2. İcraçı və onun işçi heyətinin oxşar layihələr üzrə təcrübəsi;
  3. Layihənin ümumi dəyəri;
  4. Layihənin icrası üzrə tələb olunan müddət.

Əlaqəli şəxs:

Nəbiyev Nəbi

Tel.: +994 12 4044343 (dax. 5508)

E-mail: nmnabiyev@xalqbank.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir