Search
mobitel

Artıq 14 ildir ki, MobiTel NOKIA-nın Azərbaycandakı rəsmi distribyutorudur.

MobiTel ticarət nişanı kimi tanınan şirkətimiz, rəsmi olaraq 1996-cı ilin Noyabr ayında, ölkəmizdə GSM mobil rabitə standartlarının istifadəsinə keçid dövrü ilə eyni zamanda fəaliyyətə başlamışdır. Artıq 14 ildir ki, MobiTel NOKIA-nın Azərbaycandakı rəsmi distribyutorudur.

Həmçinin MobiTel birinci dərəcəli AzerCell mobil operatorunun rəsmi distribyutorudur və bu sahədə bizim əsas məqsədimiz – yeni abunəçilərin cəlb olunması, operator tərəfindən ixtiyara buraxılmış geniş spektrlı xidmətlər və onların təklif etdikləri məhsulların yayılmasıdır.

1997-ci ilin ortalarında, şirkət tərəfindən satılmış bütün telefonlara zəmanətli və zəmanət müddətindən sonrakı texniki xidmətlərin göstərilməsi məqsədi ilə, avtorizə edilmiş MobiTel servis-mərkəzi istifadəyə verildi.

2005-cı ilin Dekabr ayında, Azərbaycanda və eləcə də bütün Cənubi-Qafqaz bölgəsində ilk və yeganə NOKIA konseptual satış mərkəzi açıldı.

Bizim şirkətimizdə 100-ə yaxın yüksək ixtisaslı əməkdaş çalışır. İldə 2 dəfə bizim konsultanlarımız «NOKIA ACADEMY» proqramı üzrə və eləcədə hər kvartalda, xüsusi olaraq AzerCell Telecom mobil rabitə operatorunun təşkil etdiyi treyninqlər çərçivəsində təlim keçirlər. Hətta, bizim salondan alış-veriş etmədən, siz, hal-hazırda mövcud olan istənilən NOKIA telefonlarının modelləri və aksessuarları barədə tam və ətraflı məlumat əldə edə bilərsiniz.

Bizim məqsədimiz – rəsmi NOKIA mobil telefonlarını, Azərbaycanın bütün bölgələrinin telekomunikasiya bazarında intişar etmək və istehlakçılarımızı qeyri orijinal mallardan qorumaqdır.


Evo Store

Ünvan: Azərbaycan, Bakı, Fizuli küç. 49
Tel: +994 12 596-00-44

Korporativ satış şöbəsi

Ünvan: Əhməd Rəcəbli 33 A.
Tel.: +994 12 465-75-10




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir