Search
53fd9479eca89a38836882e02e27638c

“Amrahbank” nizamnamə kapitalını artırır

“Amrahbank” ASC nizamnamə kapitalını əlavə 20 mln. manat artırır.

Bankdan verilən məlumata görə, nizamnamə kapitalının artırılması ilə əlaqədar qərar bankın səhmdarlarının iyulun 26-da keçirilmiş ümumi yığıncağında qəbul olunub.

Bununla əlaqədar işlərin aparılmasına dair İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.

Xatırladaq ki, 1993-cü ildə təsis edilmiş “Amrahbank” Azərbaycanın ərəb kapitalı ilə fəaliyyət göstərən yeganə bankıdır. Belə ki, Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı (www.iib-bahrain.com), 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.

“Amrahbank” həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Hal hazırda bank baş ofisi, 22 filialı və 1 şöbəsi ilə fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Gəncə, Lənkəran, Masallı, Bərdə ,Şəmkir, Goranboy, Tovuz kimi regionlarını da əhatə edir.

APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir