Search
b587a650b62ffcfbefc336b742840a20_XL

“Albalı” kart istifadəçilərinin sayı 200 min nəfəri ötüb

“Unibank” 2012-ci ilin iyul ayında dövriyyəyə buraxdığı “Albalı” kartının istifadəçilərinin sayı hazırda 200 min nəfəri ötüb. Kartların 150 min ədədindən çoxu 2013-cü il ərzində satılıb.

“Marja”nın məlumatına görə, bunu “Unibank”ın Biznesin inkişafı üzrə direktoru Taleh Tahirli “Albalı Plus” kartının təqdimat mərasimində bildirib.

O deyib ki, “Unibank”ın  “Albalı” kartı üzrə partnyorlarının sayı 1000-dən çoxdur.

BU KART İLƏ ƏN ÇOX GEYİM ƏŞYALARI ALINIR

“Albalı” kartda sektorlar üzrə dövriyyə barədə məlumat verən Taleh Tahirli qeyd etdi ki, kart vasitəsilə aparılmış dövriyyənin 32%-i geyim, 25%-i telefon və kompyuter, 16%-i market, 12%-i  parfumeriya , 8% -i məişət avadanlığı və elektronika, 7%-i isə digər sektorların payına düşmüşdür.

“Dövriyyənin 16%-nin marketlərdə aparılmış alış-verişlərin payına düşməsi onu göstərir ki, artıq  “Albalı” kart sahibləri 6-12 aylıq bərabər hissələr ilə ödənişə deyil, gündəlik təlabatları üçün alış-verişlərini  də bu kartları vasitəsilə aparmağa vərdiş edirlər”,- Taleh Tahirli dedi.

Taleh Tahirli əlavə etdi ki, ötən dövr ərzində “Albalı” kartı ilə dövriyyə 200% artıb.

Qeyd edək ki, “Albalı” kart sahibinə Bankın partnyor şəbəkəsində hissə-hissə və kredit faizi ödəmədən alış-veriş etmə imkanı verir. Faizsiz ödəmək imkanı, hissələrlə ödəmək imkanı, əməliyyatlara görə seçilən mağazalarda bonuslar, Facebook səhifəsində qeydiyyatdan keçib bonuslar qazanmaq, bayramlarda əlavə taksitlər əldə etmək, geniş partnyor şəbəkəsinin eksklyuziv və digər təkliflərindən yararlanmaq “Albalı” kartının əsas üstünlükləridir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir