Search
agcabedi_590

Ağcabədidə sahibkarlar üçün treninq keçirilib

Sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün növbəti treninq mayın 20-də Ağcabədidə təşkil edilib. “Sənayedə brendləşmə” və “Biznes planların və investisiya layihələrinin hazırlanması” mövzularını əhatə edən tədbir İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə keçirilib.

Treninqdə mövzular üzrə təqdimatlar keçirilib, brend məhsullar və onların məqsədli bazarlara çıxarılması, sənaye məhsullarının keyfiyyətinin yüksəldilməsi, biznes ideyanın yaradılması, biznes planın tərtib edilməsi, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının və İqtisadiyyat Nazirliyində yaradılmış Apellyasiya Şurasının əhəmiyyəti barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir