Search
agbank

“AGBank”dan “Priority Pass” kartı

“AGBank” müştərilərinə aeroportlarda istifadə etmək üçün “Priority Pass” adlı yeni kart təqdim edib. Bu kartın imkanlarından Heydər Əliyev Beynəlxalq Hava Limanı da daxil olmaqla 500-dən artıq beynəlxalq aeroportda istifadə etmək mümkün olacaq. Kart öz sahiblərinə hava limanının birinci dərəcəli və VİP-zallarından yararlanmaq imkanı yaradacaq. Məsələn, onun köməyi ilə Bakı aeroportunun “Absheron Lounge” zalından faydalanmaq mümkündür.

Kartın hazırlanmasında məqsəd hava nəqliyyatında istifadə edən vətəndaşlarının rahatlığını təmin etməkdir. Bankdan deyirlər ki, bəzən gözlənilən uçuş ləngiyir və yaxud ləğv edilir. Belə hallar səfərə tez-tez çıxanlara çox tanışdır. Bu zaman işgüzar görüş təyin etmək və yaxud onu başqa vaxta keçirmək, rəhbərliklə əlaqə saxlamaq və yaxud sənədlərlə işləmək üçün ayrıca zala ehtiyac yaranır. Bu məsələdə sərnişinlərin köməyinə “Priority Pass” kartı çatacaq. Həmin kartı təqdim etməklə hava limanının səs-küyündən uzaqlaşmaq, birinci dərəcəli zala keçərək rahat şəraitdə bütün işləri görmək olar. Bu kartdan istifadə imkanı bütün növ aviabiletlər üçün eynidir.

Onu da deyək ki, “Priority Pass” kartı şəxsiyyət vəsiqəsi əsasında verilir. Amma bu kartı almaq istəyən müştərilər “AGBank”ın “Premium” və yaxud “Platinium” kart paketlərinə sahib olmalıdırlar. Yəni, “Priority Pass” kartı adi bank kartı kimi deyil, həmin paketlərin çərçivəsində təqdim olunur. Paketlərin qiyməti müvafiq olaraq 600 manat və 120 manatdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir