Search
euromoney

AccessBank beşinci ildir ki, ardıcıl olaraq Euromoney tərəfindən Azərbaycanın ən yaxşı bankı adına layiq görülür.

AccessBank Londonda Euromoney Nəşriyyat Qrupu tərəfindən hər il keçirilən “Ən Yaxşı Nəticələr” mükafatlandırma mərasimində “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görülüb. Bu nominasiyada Bank artıq beşinci ildir ki, bu mükafatı qazanır.

Maliyyə dünyasında ən nüfuzlu mükafatlardan biri sayılan Euromoney mükafatı dünyanın 100-dən artıq ölkəsində aparıcı banklara və maliyyə təşkilatlarına təqdim olunur. Mükafat bankın nəticələri, beynəlxalq müxbir bankların, məşhur maliyyəçilərin və bankirlərin müşahidələri nəticəsində əldə olunan məlumatlar əsasında təqdim edilir.

AccessBank-ın Baş Meneceri Michael Hoffmann mükafatı şərh edərək deyib: “Euromoney kimi nüfuzlu maliyyə nəşriyyatı tərəfindən Azərbaycanın ən yaxşı Bankı adına layiq görülmək Bank üçün böyük nailiyyətdir. Bu, Bankın komandasının öz işinə olan sadiqliyin və gərgin əməyin göstəricisidir. Eyni zamanda, mən bütün Azərbaycan üzrə minlərlə müştərilərimizə bizə göstərdikləri etimada və sadiqliyə görə minnətdarlığımı bildirirəm”.

Euromoney qrupuna, maliyyələşdirmə və bankçılıq üzrə ixtisaslaşan 100-ə yaxın müxtəlif şirkət daxildir. Şirkətin əsasını qoyan “Euromoney” jurnalı 1969-cu ildən etibarən qrup tərəfindən nəşr edilir. .

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir