Search
fake1

ABŞ dollarının məzənnəsinin 1.2833 olacağı həqiqət deyil.

 

Dolların kəskin ucuzlaşacağı barədə sosial şəbəkələrdə yayılan məlumat və guya Azərbaycan Mərkəzi Bankı tərəfindən kommersiya banklarına göndərilmiş məktubun şəkili saxtadır. Bu barədə AMB-nin açıqlamasında bildirilir. Əslində bu sənədin saxtakarlıqla scan edilməsi hiss olunur.

Mərkəzi Bankın mətbuat xidmətinin məlumatı:

Sosial şəbəkələrdə guya Mərkəzi Bank tərəfindən 18 mart 2016-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı məzənnəsinə dair kommersiya banklarına ünvanlanan məktub yayımlanıb. Mərkəzi Bank bildirir ki, məktub saxtadır, ictimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır. Manatın ABŞ dollarına nisbətən məzənnəsi Mərkəzi Bankın bəyan etdiyi idarə olunan üzən məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında müəyyən olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir