“Media Consulting and Services” media monitorinq qrupunun yaydığı məlumata əsasən, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
Qeyd edək ki, şirkətin media monitorinq qrupu 10 televiziya, 55 çap və 400 online media daxil olmaqla 465-dən çox mənbəni izləyib.
Bank sektorunda iyun ayında 26 min 987 ad hallanıb. Mediada ən çox adı hallanan bank Beynəlxalq Bank olub. Sonrakı yerləri “Kapital Bank” və “DəmirBank” tutur.
Fins.az