“Ata Holdinq” ASC-nin AZ1001004907 dövlət qeydiyyat nömrəli, nominal qiyməti 2 manat, olan adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsi üzrə emitentin nizamnamə kapitalında səhmdarların paylarına mütənasib miqdarda yerləşdirilən səhmləri əldə etmək üçün nəzərdə tutulmuş üstünlük hüququnun müddətinin bitməsi ilə əlaqədar, 12 may 2014-cü il tarixindən etibarən (bu tarix daxil olmaqla), emitentin üstünlük hüququ müddəti ərzində yerləşdirilməmiş 19 422 500 manatlıq (9 711 250 ədəd) səhmlərinin Bakı Fond Birjasında kütləvi təklif əsasında satışı başlanılır.
Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakı Fond Birjasından verilən xəbərdə deyilir.
Yerləşdirmə 12 iyun 2014-cü il tarixinədək davam edəcəkdir.
Səhmlərin alışında maraqlı olan şəxslər Birja üzvü olan şirkətlərə müraciət edə bilərlər.
Qeyd edək ki, sözügedən səhmlər 12 iyun 2013-cü il tarixindən Bakı Fond Birjasında yerləşdirilməyə başlanılmışdır. Hazırda yerləşdirilməyə çıxarılmış və nominal dəyəri 2 manat olan (19 422 500 ədəd) səhmlərdən, 19 422 500 manatlıq (9 711 250 ədəd) hissəsi artıq yerləşdirilmişdir.
Səhmlərin emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib.
trend.az